Qırmızı soğan yeyin...

25 Sentyabr 2024 23:45 (UTC+04:00)

...Meyvə və tərəvəzlər qan damarlarının divarlarını xolesterol lövhələrindən təmizləməyə kömək edir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu rusiyalı həkim Anastasiya Timoşenko NEWS.ru-ya müsahibəsində danışıb.

O, gündəlik tələbatda meyvə və tərəvəzlərin miqdarını artırmağa çağırır. Çünki onlar liflə zəngindir.

Timoşenko xüsusilə qırmızı üzüm, göyərti və qırmızı soğana diqqət yetirməyi tövsiyə edir.

Sonuncunun istehlakı, tərkibindəki quercetin və flavonoidlərə görə lövhə meydana gəlməsi riskini azaltmağa kömək edəcək.

Həkim, həmçinin pəhrizə siyənək və ya skumbriya kimi yağlı dəniz balıqlarının daxil edilməsinə çağırıb.

Mütəxəssisin fikrincə, onları yemək aterosklerozun inkişaf riskini xeyli azaldacaq.

Digər şeylər arasında, həm kətan toxumu, həm də zeytun yağını istisna etməməlisiniz.

Mütəxəssis xəbərdarlıq edir ki, xolesterin lövhələrinin əmələ gəlməsi bir anda bir neçə faktorla baş verir. Nümunə olaraq, o, siqaret çəkməyi, fiziki hərəkətsizliyi və pis qidalanmanı göstərir- bütün bunlar pəhriz tərtib edərkən də nəzərə alınmalıdır.

Nazlı Almuradova