Bakıda Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar veloyürüş təşkil olunub - FOTOLAR

25 Sentyabr 2024 16:41 (UTC+04:00)

Bakıda Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar veloyürüş təşkil olunub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, veloyürüşə müxtəlif dövlət və özəl qurumların əməkdaşları, könüllülər, peşəkar və həvəskar velosiped sürücülərindən ibarət 100-dən artıq iştirakçı qoşulub.

İştirakçılar “Dəniz Mall” ticarət mərkəzi - Bakı Su İdmanı - Dəniz Mall” ticarət mərkəzi marşrutu üzrə velosiped sürüblər.

Veloyürüş Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dənizkənarı Milli Park və Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə keçirilib.