Energetika naziri Serbiyaya səfər edib

25 Sentyabr 2024 16:22 (UTC+04:00)

Energetika naziri Pərviz Şahbazov Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviçin dəvəti ilə bu ölkəyə səfər edib. Bu barədə SİA-ya Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Serbiya arasında ikitərəfli enerji əməkdaşlığının gündəliyində olan məsələlər, energetika sahəsində əlaqələrin inkişafı və yeni istiqamətlər ətrafında müzakirələr aparılacaq.