Bərdədə canavar təsərrüfata hücum etdi

25 Sentyabr 2024 16:09 (UTC+04:00)

Bərdədə canavar heyvandarlıq təsərrüfatına hücum edib. SİA xəbər verir ki, hadisə rayonun Mirzəxanlı kəndində qeydə alınıb.

Gecə saatlarında Malik Əsgərovun təsərrüfatına hücum edən yırtıcı bir baş at balasını parçalayıb, bir baş atı isə yaralayıb.

Bundan sonra qoyun sürüsünə hücum edən canavar təsərrüfat sahibləri tərəfindən uzaqlaşdırılıb.