Azərbaycanda ilk dəfə Gənc Ailə Forumu keçiriləcək

25 Sentyabr 2024 15:59 (UTC+04:00)

Azərbaycanda ilk dəfə Gənc Ailə Forumu keçiriləcək. SİA xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə sentyabrın 26-da Bakıda keçiriləcək forum "Ailə - dəyişməyən dəyərimiz" mövzusuna həsr olunur.

Forumda dövlət və hökumət nümayəndələri, aidiyyəti sahə üzrə 20 mütəxəssis, media mənsubları, bölgələrdən və paytaxtdan dəvət olunan 90-dan çox gənc ailə iştirak edəcək.

Gənc Ailə Forumunun keçirilməsində əsas məqsəd yeniləşən Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi, ənənəvi dəyərlərin qorunması və inkişafı, eyni zamanda müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə yeni yanaşmaların müzakirəsidir.