“Con” qasırğası Meksikanı vurdu

25 Sentyabr 2024 15:42 (UTC+04:00)

“Con” qasırğası Meksikanın cənubunu vurub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi axşam quruya çatan qasırğa sel və torpaq sürüşməsinə, qasırğanın yaratdığı güclü külək isə ağacların aşmasına səbəb olub. Evlərin damları uçub, zədələnmiş elektrik dirəkləri yararsız hala düşüb.

Mülki müdafiə qrupları və Milli Qvardiya Gerrero və Oaxaca ştatlarında palçıqla örtülmüş yolları təmizləməyə başlayıb. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına görə, “Con” qasırğası tropik tufana çevrildikdən sonra onun intensivliyi azalaraq ölkənin daxili ərazilərinə doğru irəliləyib.