Qarabağ Universitetinin loqosu təqdim edilib

25 Sentyabr 2024 15:34 (UTC+04:00)

Qarabağ Universitetinin loqosu təqdim edilib. Universitetdən SİA-ya bildirilib ki, loqo ilk baxışda güc simvolu hesab edilən qalxanı xatırladır. K və U hərfləri universitetin ingilis dilində adını, bu hərflərin birləşməsindən formalaşan yuxarı yönəlmiş ox isə universitetin daimi inkişafını ifadə edir. Loqonun ideya müəllifi Abdulxaliq Məmmədlidir.