Hərbi əməkdaşlığa dair müzakirələr aparılıb - FOTO

25 Sentyabr 2024 15:30 (UTC+04:00)

Müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkədə səfərdə olan Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanla Belarus arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, mövcud əlaqələrin genişləndirilməsi müzakirə edilib: "Tərəflər həmçinin regional təhlükəsizlik və maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Daha sonra general-polkovnik Z.Həsənov Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitriy Pantus ilə görüşüb. Görüşdə hərbi-texniki əməkdaşlığa dair maraq doğuran bir sıra məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb."