Dr.Mircəlal Kazımi MGH-də əməliyyatlar barədə danışıb - VİDEO

25 Sentyabr 2024 15:05 (UTC+04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsində müasir təbabətin ən mürəkkəb cərrahi əməliyyatlarından sayılan böyrək və qaraciyər transplantasiyası əməliyyatları uğurla həyata keçirilir. SİA xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi transplantoloq, səhiyyə əlaçısı Mircəlal Kazımi bu mövzuda AZTV-yə müsahibə verib. Mircəlal həkimin çıxışını Sizə təqdim edirik.