İranla sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb

25 Sentyabr 2024 14:38 (UTC+04:00)

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi tədbirləri uğurla davam etdirilir.

Sentyabr ayının 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan İslam Respublikası vətəndaşları 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaher saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.