ABŞ-də Azərbaycan və Ermənistan XİN başçıları arasında görüş keçiriləcək

25 Sentyabr 2024 14:31 (UTC+04:00)

Nyu-Yorkda sentyabrın 26-da ABŞ-nin Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.