Sabah Cəbrayıla ilk köç olacaq

25 Sentyabr 2024 14:14 (UTC+04:00)

Cəbrayıl şəhərinə sentyabrın 26-da ilk köç olacaq. SİA xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan insanlar doğma yurda yola salınacaq.

Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhərini işğaldan azad edib.