İqlim dəyişikliyi və müharibə epidemiyaya səbəb olub

25 Sentyabr 2024 14:07 (UTC+04:00)

Sudanda vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayının 433-ə yüksəldiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, verilən açıqlamada ümumi vəba sayının 13 min 922-yə yüksəldiyi bildirilib.

Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib. Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.