Əfqanıstanda həyəcan təbili çalındı

25 Sentyabr 2024 12:57 (UTC+04:00)

Əfqanıstanın Pərvan əyalətində 500 nəfər səbəbi müəyyən edilə bilməyən yoluxucu xəstəliyə yoluxub. 2 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "TOLO News"a danışan Pervan Qubernatorluğunun sözçüsü Hikmətullah Şemim, "səbəbi hələ bilinməyən epidemiya xəstəliyi" səbəbi ilə son 4 gündə çox sayda insanın xəstəxanalara müraciət etdiyini bildirib.

Şemim, Pervanın Şinvari rayonunda 500-dən çox insanın səbəbinin hələ müəyyən edilməmiş xəstəliyə yoluxduğunu və yoluxma sayının artdığını bildirib. Xəstəlikdən 2 nəfərin öldüyünü deyən Şemim, 50 xəstənin vəziyyətinin ağır olduğunu bildirib. Xəstəliyi "yeni bir yoluxucu xəstəlik növü" olaraq xarakterizə edən Şemim, xəstələrdə ümumiyyətlə halsızlıq, əl və qollarda şiddətli ağrı, şiddətli ishal və yüksək hərarət kimi simptomların olduğunu qeyd edib.