Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

25 Sentyabr 2024 12:09 (UTC+04:00)

Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti oktyabrın 1-dən 1 yanvar 2025-ci il saat 6:00-dək uzadılıb.