Almaniyada kafedə partlayış baş verib

25 Sentyabr 2024 11:46 (UTC+04:00)

Almaniyanın Köln şəhərində kafedə baş verən partlayışda iki nəfər yüngül xəsarət alıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli vaxtla saat 02.45-də Longericher küçəsində baş verən partlayışla bağlı polis hələ məlumat verilməsə də, yerli mətbuatda 2 nəfərin yüngül yaralandığı bildirilir.

Ətrafdakı sakinlərdən əldə edilən məlumata görə, şüşələri sınmış kafedə baş verən yanğın nəticəsində əvvəlcə partlayış səsi eşidilib, daha sonra binaya böyük ziyan dəyib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.