Azərbaycanın I və II liqalarında da "Ayın qolu" seçiləcək

25 Sentyabr 2024 11:47 (UTC+04:00)

Azərbaycanın I və II liqalarında da "Ayın qolu" seçiləcək. SİA xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

İlk qaliblər sentyabrda vurulan qollar əsasında məlum olacaq. PFL tərəfindən hər liqada ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar qurumun rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.

I Liqada “Ayın qolu”nun müəllifi 500 manat qazanacaq. II Liqada isə həm “Ayın qolu”nu vuran futbolçu, həm də onun çıxış etdiyi klub 500 manat mükafat əldə edəcək.