"Ordu" klubu ispaniyalı basketbolçu ilə güclənib

25 Sentyabr 2024 11:41 (UTC+04:00)

“Ordu” klubu ispaniyalı basketbolçu Roke ilə güclənib. SİA Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 182 sm boya malik oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, basketbolçunun sonuncu iş yeri İspaniyanın “Villaqarsiya” komandası olub.