"Araz-Naxçıvan"ın qapıçısı milliyə dəvət alıb

25 Sentyabr 2024 10:17 (UTC+04:00)

“Araz-Naxçıvan” klubunun qapıçısı Kristian Avram Moldova millisinə dəvət alıb. SİA Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, qolkiper ölkəsinin əsas komandasının Millətlər Liqasında Andorra və Malta ilə keçirəcəyi matçlar üçün nəzərdə tutulan heyətində yer alıb.

Qeyd edək ki, Moldova yığması oktyabrın 10-da Kişinyovda Andorranı qəbul edəcək. Komanda 3 gün sonra səfərdə Maltanın qonağı olacaq.