Dünya fond bazarlarının əsas indeks göstəriciləri

25 Sentyabr 2024 09:52 (UTC+04:00)

Sentyabrın 24-də Amerika fond bazarlarında Dow Jones indeksi 0.20% – 42,208.22 bəndədək, S&P 500 indeksi 0.25% – 5,732.93 bəndədək, Nasdaq indeksi isə 0.56% – 18,074.56 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında isə sentyabrın 24-də FTSE 100 indeksi 0.28% – 8,282.76 bəndədək, Almaniyanın DAX indeksi 0.80% – 18,996.63 bəndədək, Fransanın CAC-40 indeksi isə 1.28% – 7,604.01 bəndədək artıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,12% artaraq 1.1193 dollar təşkil edib.