Ançelotti “Real”da 300-ə çatdı - FOTO

25 Sentyabr 2024 07:26 (UTC+04:00)

İtaliyalı baş məşqçi Karlo Ançelotti “Real Madrid”in “sükanı arxası”nda 300-cü oyununa çıxıb. SİA xəbər verir ki, o, buna La Liqanın 7-ci turunun “Alaves”lə (3:2) oyunda nail olub.

İtaliyalıya bu rəqəmə çatmaq üçün 6 mövsüm kifayət edib. Ançelottinin rəhbərliyi altında “kral klubu” 300 matçda 217 qələbə qazanıb, 39 dəfə məğlub olub. Görüşlərin 43-ü isə heç-heçə nəticələnib.

Onun göstəriciləri Madrid klubu tarixində ikincidir. Matçların sayına görə lider Migel Munyosdur - 605 oyun (1959, 1960-1974).

Qeyd edək ki, Ançelotti 2013-2015-ci illərdə də “Real”ı çalışdırıb.

Xatırladaq ki, növbəti turda “Real Madrid” “Atletiko” (Madrid) ilə qarşılaşacaq.