"Şah Aləm" partladılıb

25 Sentyabr 2024 01:44 (UTC+04:00)

Malayziyada dünyanın ən böyük futbol stadionlarından biri olan "Şah Aləm" partladılıb. SİA xəbər verir ki, "Partlayışın videosu X sosial şəbəkəsində "Manytops Stadiums" səhifəsində yayımlanıb.

1994-cü ildə tikilmiş Şah Aləm 80 min tamaşaçı qəbul edirdi. 2020-ci ildə stadionda fövqəladə vəziyyət elan edilib.

Malayziya hökuməti bombalanmış stadionun əvəzinə 45 min nəfərlik müasir arena tikməyi planlaşdırır. Yeni stadionda ölkə çempionatında çıxış edən "Selangor" klubu yerləşəcək.