Raul "Şalke"ni çalıştıracaq..?

24 Sentyabr 2024 21:56 (UTC+04:00)

"Real"ın əfsanəvi hücumçusu Raul Qonzales Blanko futbolçu kimi çıxış etdiyi "Şalke"nin baş məşqçisi ola bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Sport Bild" məlumat yayıb.

Hazırda komandası üçün işlər yaxşı getmir və onlar ikinci Bundesliqada çıxış edirlər.

Öz növbəsində Raulun da "Real" rəhbərliyi ilə münasibətləri yaxşı deyil. O, Madrid klubunun gənclər komandasına rəhbərlik edir, lakin klubun yayda gənc və istedadlı oyunçularını satmasından narazı qalıb.

Raul onu da başa düşür ki, gələcəkdə əsas komandanın baş məşqçisi vəzifəsinə iddia edə bilməyəcək, çünki rəhbərlik Karlo Ançelottinin varisi kimi Xabi Alonsonu görür.