"Barselona" tərəfindən ona müqavilə təklif olunarsa...

24 Sentyabr 2024 21:33 (UTC+04:00)

Bu yay futbolçu kimi karyerasını başa vuran polşalı qapıçı Voyçex Şesni "Barselona" tərəfindən ona müqavilə təklif olunarsa, futbola qayıtmağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "El Mundo Deportivo" paylaşıb.

Xatırladaq ki, Şesni ötən mövsümün sonunda karyerasını başa vurduğunu elan etdiyi Londonun "Arsenal" və Turinin "Yuventus"unun əsas qapıçısı olub.

Bazar günü komandanın əsas qapıçısı Mark-Andre ter Ştegen ciddi zədə aldıqdan sonra 7-8 ay, yəni faktiki olaraq mövsümün sonuna qədər sıradan çıxdıqdan sonra "Barselona" yol ayrıcında qalıb. FİFA-nın hazırkı qaydaları katalonlara qapıçı almağa icazə verir, ancaq azad agentlərdən.

Qeyd edək ki, bundan əvvəl çilili Klaudio Bravo və kosta-rikalı Keylor Navas da "Barselona" futbolçusu olmağa hazır olduqlarını açıqlamışdılar.