Uşaqsız ideologiyanın təbliğinə görə cərimənin ölçüsü...

24 Sentyabr 2024 22:35 (UTC+04:00)

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Telegram kanalında bildirib ki, uşaqsız ideologiyanın təbliğinə görə cərimələr fiziki şəxslər üçün 400 min rubla qədər, vəzifəli şəxslər üçün 800 min rubla qədər və hüquqi şəxslər üçün 5 milyon rubla qədər olacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, internetdə, mediada, filmlərdə və reklamda uşaqsızlığın təbliğatını qadağan etmək niyyətində olduqlarına aydınlıq gətirib.

Bundan əvvəl bildirilmişdi ki, Rusiyada uşaqsız hərəkətin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi sentyabrın 24-də Dövlət Dumasına təqdim olunacaq.

Əli Babayev