Ruslar Birobidjanda Ukrayna agentini saxlayıblar…

24 Sentyabr 2024 20:08 (UTC+04:00)

…Birobidjanda Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna Təhlükəsizlik Xidmətinin agentini saxlayıblar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun silsilə terror aktları törətməyi planlaşdıran yerli sakin olduğu üzə çıxıb.

Deməli, ona verilən tapşırıqlar arasında şəhərin binalarından birini yandırmaq və dəmir yolunun bir hissəsində partlayış törətmək də daxildir.

Tutulan şəxs hər şeyi etiraf edib.

Onun etirafına görə, o, sosial şəbəkələr vasitəsilə işə götürülüb və təlimatları da elə sosial şəbəkələr vasitəsilə alırmış.

Müstəntiqlər evə baxış zamanı yanar mayelər və partlayıcı komponentlər, həmçinin mobil telefonlar aşkar ediblər.

İndi ukraynalı kuratorlarla yazışmalar öyrənilir.

Saxlanılan şəxsi dövlətə xəyanət maddəsi ilə ömürlük həbs cəzası gözləyir.

Əli Babayev