"Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyir və..."

24 Sentyabr 2024 19:45 (UTC+04:00)

“Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir, danışıqların ən qısa vaxtda sevindirici xəbərlərlə nəticələnməsini arzulayırıq”.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Azərbaycan-Ermənistan sülh prosesində qeydə alınan irəliləyişlər Türkiyə-Ermənistan normallaşma prosesinə də müsbət təsir edəcək”, - deyə Türkiyə Prezidenti bildirib.