"ABŞ-ın gürcü xalqına qarşı hücumu davam edərsə..."

24 Sentyabr 2024 19:16 (UTC+04:00)

ABŞ tərəfdən gürcü xalqına qarşı hücum bu şəkildə davam edərsə, bizim də konkret cavabımız olacaq. Amma biz görəcəyimiz tədbirlər barədə əvvəlcədən danışmırıq.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın Birləşmiş Ştatlardakı səfirinin geri çağrılması ilə bağlı məsələni şərh edərkən deyib.

Onun sözlərinə görə, məsələ bu şəkildə davam edə bilməz. Ona görə ki, bu, həm də ABŞ-ın öz maraqlarına cavab vermir. “Ümid edirik ki, ABŞ-ın Gürcüstanla münasibətlərinin yanlış trayektoriyası dəyişəcək və ədalətli məcraya qayıdacaq" - deyə, Papuaşvili vurğulayıb.