Alsunun keçmiş əri Londonda vəkillər tapıb

24 Sentyabr 2024 19:04 (UTC+04:00)

Bu arada Alsunun keçmiş əri sənətçinin iddiasına qarşı özünü müdafiə etmək üçün Londonda vəkillər tutmağa qərar verib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Alsu bu barədə hüquqşünas Aleksandr Dobrovinskiyə istinadən bildirib.

Hüquqşünasın sözlərinə görə, Alsou keçmiş əri Yan Abramovu Britaniya pasportuna malik olduğu üçün Böyük Britaniyada məhkəməyə vermək qərarına gəlib.

...Alsunun əsassız iddialarına qarşı müdafiə etmək üçün vəkillərdən ibarət bir qrup seçdim və Londondakı həmkarlarımla əlaqə saxladım. İndiki şəraitdə Britaniya vətəndaşına qarşı Rusiyanın maraqlarını təmsil etmək istəyənlər çox deyil.

Bunu Dobrovinski bildirib.

Daha əvvəl məlum olub ki, müğənni Londonda satılan penthaus (çardaq –A.B.) üçün keçmiş ərini məhkəməyə vermək qərarına gəlib.

Nazlı Almuradova