Yeniyetmələrə həftə sonları işləməyə icazə veriləcək

24 Sentyabr 2024 18:44 (UTC+04:00)

…Dövlət Duması azyaşlıların tələbə komandalarının tərkibində həftə sonları və tətil günlərində qeyri-iş günlərində işə cəlb edilməsinə icazə vermək niyyətindədir.

SİA TASS-a istinadən xəbər verir ki, qanun layihəsi artıq birinci oxunuşda qəbul edilib.

Bunun üçün işçinin və ya onun qanuni nümayəndəsinin yazılı razılığını almaq lazımdır.

Yeniliyin əməyin cəlbediciliyini artıracağı, həmçinin yeniyetmələrin özləri üçün məşğulluq imkanlarını genişləndirəcəyi gözlənilir.

Qanuna görə, 14-15 yaşlılar üçün iş günü dörd saatdan, 15-16 yaşlılar üçün beş saatdan, 16-18 yaşlılar üçün yeddi saatdan çox olmamalıdır.

Əli Babayev