Taqanroqda ağac anbarı yanır...

24 Sentyabr 2024 17:47 (UTC+04:00)

Rostov vilayətinin qubernatoru Vasili Qolubev Telegram kanalında Ukraynaya məxsus pilotsuz uçan aparatın Rusiyanın Taqanroq şəhərindəki sənaye zonasına düşdüyünü və bunun nəticəsində ağac anbarında yanğın başladığını yazıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəlib.

Zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.

Bunu deyən Qolubev, hazırda qəza yerində dam örtüyünün yandığını bildirib.

Əli Babayev