Uşaqlara cinsi tərbiyə necə verilməlidir ? - PSİXOLOQ DANIŞDI

24 Sentyabr 2024 17:18 (UTC+04:00)

“Hər bir fərdə böyüdüyü ailədə cinsi tərbiyə valideynləri tərəfindən verməlidir. Cinsindən asılı olaraq oğlan və qızlara bu barədə məlumatı uyğun şəkildə hər iki valideyn verməlidir. Lakin ilk olaraq valideynlər özləri bu sahədə maariflənmiş olmalıdırlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O bildirib ki, valideyn bu istiqamətdə özü də düzgün maariflənmiş olması vacibdir ki, uşağa da düzgün formada məlumat ötürə bilsin: “Valideyn anlamalıdır ki, özü uşağına cinsi tərbiyə vermədiyi təqdirdə, uşaq kənar müdaxilələr nəticəsində yanlış yönləndirilə bilər. Buna görə də valideynlər övladlarına diqqətli yanaşmalı və onları cinsi mövzuda doğru şəkildə yönləndirməlidirlər. Həmçinin valideynlər uşaqlarına cinsi tərbiyə verərkən utanmamalı, çəkinməməlidirlər. Hətta uşaqların verdikləri sualları rahat şəkildə cavablandırmalıdırlar, bu onların ən böyük vəzifə borcudur.

İlkin məlumatlar uşaqlara yaşlarına uyğun formada ötürülür. Valideynlər uşaqlarının cinsi istəklərinin necə formalaşdığının fərqinə varmalı və bu formada onları yönləndirməlidirlər. Uşaqlar suallarına mütləq şəkildə cavab tapmalıdırlar”.