COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib - FOTO

24 Sentyabr 2024 16:52 (UTC+04:00)

COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) iqlim dəyişikliyi, sülh və insan mobilliyi arasındakı əlaqə mövzusunda Yüksək Səviyyəli Dəyirmi Masa təşkil ediblər. SİA xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında məlumat verilib.

Bildirilib ki, COP29 İqlim və Sülh Mərkəzinə dəstək də daxil olmaqla, verilən tövsiyələr Bakıda keçiriləcək COP29 Sülh, Yardım və Bərpa Günü zamanı müzakirələri formalaşdırmağa və həyata keçirilə bilən həll yolları hazırlamağa kömək edəcək.