Əshabi-Kəhf ziyarətgahına gedən yol təmir-bərpa olunur - FOTO

24 Sentyabr 2024 15:54 (UTC+04:00)

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikada yerli əhəmiyyətli yolların yenidən qurulması və bərpası nəzərdə tutulub. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, Dövlət Proqramının icrası ilə əlaqədar agentlik tərəfindən ötən ilin dekabr ayından “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolda əsaslı təmir-bərpa işləri aparılır. Görülən işlər çərçivəsində uzunluğu 13,9 kilometr olan avtomobil yolunda yol yatağı genişləndirilib və 1 körpü əsaslı təmir olunub.

Hazırda ərazidə təmir-bərpa işləri davam edir.