Almaniyada sərnişin qatarı yük qatarı ilə toqquşub - 13 nəfər yaralanıb

24 Sentyabr 2024 15:37 (UTC+04:00)

Almaniyanın qərbində sərnişin qatarının stasionar yük qatarı ilə toqquşması nəticəsində 3-ü ağır olmaqla 13 nəfər xəsarət alıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, toqquşma səhər saatlarında baş verib.

30 nəfərin olduğu qatarın yaxınlıqdakı relsə çıxdığı və orada dayanan yük qatarının lokomotivi ilə toqquşduğu qeydə alınıb. Bildirilib ki, toqquşma nəticəsində heç bir qatar relsdən çıxmayıb.