"Turan Tovuz"un futbolçusu Moldova millisinə dəvət alıb

24 Sentyabr 2024 14:56 (UTC+04:00)

"Turan Tovuz" klubunun futbolçusu Denis Marandiçi növbəti dəfə Moldova millisinə dəvət alıb. SİA xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Millətlər Liqasında Andorra və Malta yığmalarına qarşı oyunlar üçün komandaya cəlb ediləcək.

Qeyd edək ki, qarşılaşmalar müvafiq olaraq oktyabrın 10-da və 13-də baş tutacaq.