Qəzzada ölənlərin sayı 41 min 467-yə çatıb

24 Sentyabr 2024 14:27 (UTC+04:00)

İsrailin 7 oktyabr 2023-cü ildən bəri qırğınlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 41 min 467-yə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi 7 oktyabrdan bəri İsrailin Qəzza zolağında həyata keçirdiyi hücumlarda 41 min 467 mülki vətəndaşın həyatını itirdiyini, 95 min 921 mülki vətəndaşın isə yaralandığını açıqlayıb.