DİN Pentensiar Xidmətlə birgə əməliyyat keçirib, 1,6 kq heroin götürülüb

24 Sentyabr 2024 14:12 (UTC+04:00)

Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə əməliyyat keçirib, 1,6 kq narkotik maddə götürülüb. SİA xəbər verir ki, bu barədə Penitensiar xidmət məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Cahid Mikayıl oğlu Novruzova məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.