Balakəndə şəhid Sərxan Köklərovun ailəsi ziyarət olunub

24 Sentyabr 2024 13:22 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Balakənin Tülü kəndində şəhid Sərxan Köklərovun ailə üzvlərini ziyarət edib. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, Vüqar Behbudov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb və onların bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirib.

Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğı və diqqətdən danışan sədr bildirib ki, bu kateqoriyadan olanların sosial müdafiəsi məqsədilə həyata keçirilən tədbirlər son illərdə daha da gücləndirilib.

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sərxan Eyvaz oğlu Köklərov 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun apardığı lokal xarakterli antiterror tədbirləri zamanı Ağdərə istiqamətində şəhid olub. O, Balakən rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub.

Sərxanın bir oğlu və iki qızı yadigar qalıb.

Dövlət başçısının müvafiq sərəncamları ilə “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.