FİFA Fələstinin tələbi ilə bağlı qərar verdi

24 Sentyabr 2024 13:14 (UTC+04:00)

FİFA İsrailin milli komanda və klublarının beynəlxalq yarışlarda iştirakına qadağa qoymayacaq. SİA xəbər verir ki, bu barədə ONE məlumat yayıb.

May ayında Fələstin Futbol Assosiasiyası Qəzza zolağında gedən döyüşlərə görə İsrail Futbol Federasiyasının təşkilata üzvlüyünün dayandırılması təklifini təqdim edib.

Avqustun sonunda məlum olub ki, FİFA Fələstin tərəfinin təkliflərinə müstəqil hüquqi qiymət verib. Bildirilib ki, bu qiymətləndirmə FİFA şurasına göndərilərək oktyabrda keçiriləcək iclasda müzakirəyə çıxarılacaq.

Mənbənin sözlərinə görə, FİFA İsrail futboluna qarşı sanksiya tətbiq etməyəcək. İsrail milli komandaları və klubları fəaliyyətini dayandırmaqla hədələnmir. Xüsusi komitə Fələstinin tələbini rədd edib. Bu məsələ ilə bağlı qərar oktyabrın əvvəlində FİFA konfransında açıqlanacaq.