Sosial ödənişlər bu tarixdə tam yekunlaşacaq

24 Sentyabr 2024 13:09 (UTC+04:00)

Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.