Dilan Polatın dəbdəbəli maşını ilə görüntüsü sosial medianı silkələdi - FOTO

24 Sentyabr 2024 12:10 (UTC+04:00)

Dilan Polat lüks avtomobili ilə çəkdirdiyi video ilə yenidən sosial mediada trend mövzusu olub. 10 ay həbsdə qaldıqdan sonra sərbəst buraxılan Dilan Polat hələ də sosial mediada izləyiciləri ilə ünsiyyətini davam etdirir. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, çirkli pulların yuyulması cinayətindən 40 ilə qədər həbs cəzası ilə mühakimə olunan və 10 ay həbsdə qaldıqdan sonra sərbəst buraxılan Dilan Polat sosial şəbəkədəki paylaşımlarını davam etdirir.

Polat son paylaşımında lüks avtomobilində sürərkən mahnı oxuyaraq həmin anları öz hesabında paylaşıb.