“Azərbaycan regional inteqrasiyaya töhfə verən ölkələrdəndir” - DEPUTAT FİKİR BİLDİRDİ

24 Sentyabr 2024 11:24 (UTC+04:00)

“Azərbaycan regional inteqrasiyaya töhfə verən ölkələrdəndir. Nəzərə almalıyıq ki, Orta Dəhliz vasitəsilə region üzərindən daşınan yüklərin həcmində kəskin artım müşahidə olunur. Bütövlükdə Orta Dəhliz vasitəsilə daşınan bütün yüklərin həcmində 65 faizə yaxın artım qeydə alınıb. Bu da ondan xəbər verir ki, daha çox yüklər Orta Dəhliz və ya region üzərindən daşınır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, təbii olaraq bir tərəfdən Azərbaycan nəqliyyat-logistik infrastrukturu ilə region üzərindən beynəlxalq yüşdaşımaların həcminə müsbət təsir göstərir, töhfə verir: “Digər tərəfdən isə bu həm də regional inteqrasiyaya dəstəkdir. Eyni zamanda bütövlükdə Mərkəzi Asiya və Qafqazın geosiyasi və geoiqtisadi mövqeyinin gücləndirilməsi anlamına gəlir. Buna görə də Azərbaycanın mövcud, xüsusən də beynəlxalq yüşdaşımalar kontekstindən mövqeyi regional inteqrasiyada xüsusi paya malikdir. Bu da təbii ki, region ölkələrinin, xüsusilə də Azərbaycana dost olan ölkələrin bu inteqrasiyadan daha çox faydalanmasına imkan yaradır”.