100-cü dəfə meydana çıxdı

24 Sentyabr 2024 11:21 (UTC+04:00)

“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının VII turuna təsadüf edib. Naxçıvan təmsilçisinin kapitanı “Turan Tovuz”la səfər görüşünə (2:1) start heyətində çıxıb.

Vadim 100 matçı 5 fərqli klubda keçirib. O, “Bakı”da 19, “Simurq”da 19, “Qəbələ”də 1, “Sabah”da 20, “Araz-Naxçıvan”da 41 dəfə şans qazanıb. 29 yaşlı yarımmüdafiəçinin yeganə qolu “Simurq”un heyətində qeydə alınıb.

Qeyd edək ki, Vadim Abdullayevin debütü 2012-ci il mayın 5-də “Bakı” – “Neftçi” qarşılaşmasında (2:0) gerçəkləşib.