Netanyahu livanlıları evlərini tərk etməyə çağırdı

24 Sentyabr 2024 11:01 (UTC+04:00)

İsrailin baş naziri Binyamin Netanyahu İsrailin davam edən hücumlarından sonra verdiyi açıqlamada Livan xalqından evlərini tərk etmələrini istəyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu dünən videomüraciət yayımlayıb və mövcud vəziyyətlə bağlı qiymətləndirmələr edib.

Netanyahu Livandakı mülki şəxslərdən evlərini tərk etmələrini istəyib. Açıqlamada deyilib: “Livan xalqına bir mesajım var: İsrailin müharibəsi sizinlə deyil, Hizbullahladır. Çox uzun müddətdir ki, Hizbullah sizdən canlı qalxan kimi istifadə edir. O, sizin yaşayış otaqlarınıza raketlər yerləşdirdi və bu səhərdən etibarən sizə təhlükədən uzaq durmağınız barədə xəbərdarlıq etdi. Sizi bu xəbərdarlığı ciddi qəbul etməyə çağırıram. Hizbullahın sizin və yaxınlarınızın həyatını təhlükəyə atmasına imkan verməyin. Hizbullahın Livanı təhlükəyə atmasına imkan verməyin. Xahiş edirəm, indi təhlükənin yolundan çıxın. Əməliyyatımız bitdikdən sonra sağ-salamat evə qayıda bilərsiniz".