AZAL Təl-Əvivə uçuşları dayandırmasına dair açıqlama yayıb

24 Sentyabr 2024 11:00 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion Hava Limanına uçuşları dayandırmasına dair açıqlama yayıb. SİA-nın məlumatına görə, açıqlamada deyilir ki, aviareyslərin dayandırıması İsraildə baş verən son hadisələr və təhlükəsizlik məsələləri ilə əlaqədardır.

“Təl-Əvivə aviabiletləri olan sərnişinlər vəsaitlərini tam geri ala və ya biletlərini başqa reysə cəriməsiz dəyişə bilərlər. Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların bərpası ilə bağlı əlavə məlumat vəziyyətdən asılı olaraq açıqlanacaq. Aviaşirkət hər hansı dəyişiklik barədə dərhal sərnişinləri məlumatlandıracaq”, - məlumatda qeyd olunub.

"Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın Çağrı mərkəzinə müraciət edə bilərlər: callcenter@azal.az.

Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir", - deyə aviaşirkət bəyan edib.