Yaxın Şərqdə yeni müharibə

24 Sentyabr 2024 10:38 (UTC+04:00)

İsraillə Hizbullah arasında artan gərginlikdən sonra bir-birinin ardınca qarşılıqlı hücumlar baş verib. İsrail ordusunun Livan Hizbullahına qarşı hücumları artarkən, Hizbullah raket və raketlərlə cavab verir. HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam qriqadaları ötən gecə İsrailin Livana endirdiyi hava hücumunda bir səhra komandirinin öldürüldüyünü açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəssamın verdiyi açıqlamada, Livanın cənubundakı Cədidə Mərcaiyun qəsəbəsindən olan Qəssamın səhra komandiri Hüseyn Mahmud ən-Nadirin bazar ertəsi günü hücumda həyatını itirdiyi bildirilib.

Qəssamdan əvvəlki açıqlamada Livan ərazisindən İsrailin şimal bölgələrinə 40 raket atıldığı qeyd edilib.

İsrail ordusu səhər saatlarından etibarən Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyi hücumlarda 35-i uşaq, 58-i qadın olmaqla 492 nəfərin öldüyünü, 1645 nəfərin isə yaralandığını açıqlayıb. Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edir. Livan Təhsil Nazirliyi ölkə daxilində təhsilin dayandırıldığını açıqladığı halda, Daxili İşlər Nazirliyi ölkənin cənubunda İsrailin hücumları nəticəsində didərgin düşmüş vətəndaşların yerləşdirilməsi üçün məktəblərin açıldığını açıqlayıb.