Türkiyəli pop ifaçısı xəstəxanaya yerləşdirilib - FOTO

24 Sentyabr 2024 10:33 (UTC+04:00)

Türkiyəli pop ifaçısı Simge Sağın Dənizli Çivrildə keçirilən Beynəlxalq Elma Kənd Təsərrüfatı və Mədəniyyət Festivalında çıxış edəcəkdi. Lakin konsertə az qalmış öskürək tutması, nəfəs almaqda çətinlik çəkdiyi və xəstəxanaya yerləşdirildiyi bildirilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Sözcü"nün məlumatına görə, nəfəs almaqda çətinlik çəkən pop ifaçısının vəziyyəti pisləşincə Çivril Dövlət Xəstəxanasına aparılıb və orada müalicə olunub.

Xəstəxanadan paylaşım edən Simge Sağın pərəstişkarlarına deyib: "Dostlar, təəssüf ki, öskürək tutması səbəbindən konsertimi keçirə bilmirik. Məni gözləyən bütün çivrilliləri sevirəm. Yeni tariximizi açıqlayacağam".