“Haniyənin qətli cavabsız qalmayacaq” - Pezeşkian

24 Sentyabr 2024 08:03 (UTC+04:00)

“İran Yaxın Şərqdə sabitliyi pozmağa çalışmır, lakin Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi cavabsız qalmayacaq”. SİA ISNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə açıqlamasında deyib.

Onun sözlərinə görə, Haniyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir. “İran sübut etdi ki, bu rejimin (red. – İsrail) cinayətlərinə cavab verə bilər, lakin biz sabitliyi pozan amil olmaq və regionda təhlükəsizliyi pozmaq istəmirik”, - Pezeşkian deyib.