Numan Kurtulmuş Putinlə görüşəcək

24 Sentyabr 2024 02:46 (UTC+04:00)

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş sentyabrın 25-də Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. SİA xəbər verir ki, bu barədə parlament sədri "TASS"a müsahibəsində bildirib.

“Çərşənbə günü Prezident Putinlə görüş də daxil olmaqla, çox gərgin proqramımız var. Əlbəttə, indi mənim cənab Ərdoğanın rus xalqına salamlarını, dostluq və əməkdaşlıq arzularını çatdırmaq imkanım var”, - Kurtulmuş qeyd edib.